RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Belqradda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Monitorinq Komitəsinin iclası olub

15

Serbiyanın Belqrad şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Monitorinq Komitəsinin növbəti iclası keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədri Anar İbrahimov və nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Monitorinq Komitəsinin iclasında iştirak ediblər. Bu barədə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından məlumat verilib.

İclası Monitorinq Komitəsinin sədri Leendert Verbeek açıb. Layihənin gündəliyi və 2018-ci il noyabrın 6-da Fransanın Strasburq şəhərində keçirilmiş iclasın icmalı qəbul edildikdən sonra çıxışlara başlanılıb.

Görüşdə Polşada, Moldovada, Bosniya və Herseqovinada, Rusiyada, Ruminiyada yerli və regional demokratiya ilə bağlı çıxışlar və Polşada keçiriləcək yerli seçkilər barədə məlumat səsləndirilib. Monitorinq Komitəsinin sədri Leendert Verbeek tərəfindən təqdim edilən Yerli Referendumlar haqqında Konqresin hesabatını hazırlamaq təklifi dinlənilib.

Həmçinin yerli özünüidarəetmə və “İnsan hüquqları” kitabının ikinci cildi ilə bağlı tematik məsələlər haqqında fikir mübadiləsi aparılıb. İclasda növbəti yığıncağın yeri və tarixi təsdiqlənib, eyni zamanda, aprelin 2-4-də Fransanın Strasburq şəhərində baş tutacaq 36-cı sessiya ilə bağlı məlumat və “Monitorinq Komitəsinin 2019-2020-ci illər üçün İşlər Planı” təqdim olunub.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı