Beyin üçün qəribə və faydalı məşqlər

1936-ci ildə amerikalı yazıçı Doroti Brand «Wake Up and Live» (“oyan və yaşa”) adlı kitabında beyinin fəaliyyəti üçün bir neçə qeyri- adi məşqlər təqdim etmişdi. Bu məşqlər sizi öyrəşdiyiniz mühitdən çıxarmağa, yeni reallıq göstərməyə və yaradıcılıq qabiliyyətini yüksəltməyə yönəliblər.

Beləliklə, biz sizə bu məşqləri təqdim edirik.

Beynimizi inkişaf etdirək.

  1. Öz adi əhatinizdə bir gün heç nə demədən, yalnız suallara cavab verərək keçirin. Lakin siz ətrafınızdakı insanlara nədən küskün olduğunuz və yaxud kefinizin olmadığı təəsuratını bağışlamayın. Özünüzü adi, həmişəki kimi aparın. Heç bir hadisəyə şərh bildirməyin və imkan verməyin ki, kimsə sizdən artıq söz alsın.
  2. Gündə 30 dəqiqə yalnız bir mövzu haqqında düşünün, fikiriniz başqa heç nəyə yayınmamalıdır.

Bu məşqə 5 dəqiqədən başlaya bilərsiniz.

  1. Gündə 15 dəqiqə «mən, mənim» sözlərindən istifadə etməyərək ünsiyət qurun.
  • İstənilən məkanın  qarşısında durun və onun ölçülərini təyin etməyə çalışın.

  • Yeni tanışınıza ancaq özü haqqında danışmağına imkan yaradın. Sonra isə bunu ona hiss etdirmədən ünsiyyəti qarşılıqlı münasibətə yönəldin.

  • Bir gün çalışın ancaq özünüzdən danışasınız . Lakin özünüzü tərifləməyin, şikayətlənməyin, və qoymayın ki, qarşınızdakı insan darıxsın.

  • Gündə iki saat ərzində nə edəcəyinizi planını tərtib edin və ona riayət edin.

  • Qarşınızda 12 təsadüfi öhdəliklər qoyun, məsələn: nəqliyyat vasitələrindən istifadə etmədən 20 kilometr məsafə qət etmək; yemək yemədən 12 saat yol getmək; ən gözlənilməz və uyğun olmayan yerdə səhər yeməyi yemək; bütün gecəni yatmamaq və çalışmaq və s.

  • Gün ərizndə bütün suallar və təkliflərə «hə» deyərək cavab verin (istisna hallar mümkündür).

  • Bu məşqlər sizin həyatınıza rəng qatacaqlar və özünüz haqqında yeni ixtiralar açmağa imkan yaradacaqlar.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here