RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Beynəlxalq iqtisadi münasibətlərdə Antiiqtisadiyyat və Antimarketing” adlı yeni təlim

393

Əziz tələbələr gənclər! Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr departamenti “Beynəlxalq iqtisadi münasibətlərdə Antiiqtisadiyyat və Antimarketing” adlı yeni təlim təşkil edir.

Təlimin təsnifat:
Təlim 2 – 2,5 saat ərzində keçiriləcək.
Daha real case study, quizlər və praktikalardan istifadə olunacaq.
Program çərçivəsində real iş prosesində “Fasilitasiya; Problem Solving; Şerinq; GROW” praktikaları istifadə olunacaq.
Təlim zamanı iştirakçıların mövzuya nə dərəcədə yiyələnmələri daim diqqət mərkəzində saxlanılacaq.

Təlimin Proqramı:
Brain storming: – Əgər iqtisadiyyat daimi inkişafdadırsa nədən daima tənəzzülə uğrayır.
Fasilitasiya: – İqtisadiyyatın Tənzimlənməsi faktorunun əsl mahiyyəti.
Problem Solving: – Beynəlxalq iqtisadi inkişaf dinamikasının qaranlıq üzləri.
Şerinq: – Marketinqin gizli mahiyyəti.
Beynəlxalq Marketinq marafonunun tənəzzüledici təsirləri.
GROW modeli.

Bu təlim KİMLƏR üçün nəzərdə tutulub:
İqtisadi İnkişaf məvhumunun əks dinamikasını anlayıb Sağlam İqtisadi Gələcək qurmaq istəyənlər üçün.

Təlimçi: Ramin Yusubov
İqtisadçı, İqtisad Elmləri Doktorluğuna namizəd, peşəkar Biznes-Trener. Treninqlər sahəsində 13 ildən çox təcrübəsi var. Dünyanın 6 (altı) xarici ölkəsində (İran, Türkiyə, Çin, Ukrayna, Rusiya, Dubay) keçirilən biznes treninqlərinin aktiv həm iştirakçısı, həm də aparıcısı olub.
Aktiv, pozitiv, məqsədyönlü və çox ünsiyyətcil insandır. Güclü liderlik xüsusiyyətləri var. Müxtəlif profilli sahələrdə özünə uğur qazanmış, işlədiyi kollektivə hər zaman dəstək olmuşdur. Birbaşa və korporativ satışlar üzrə geniş təcrübəyə malikdir. Satış və satışa təsir edən amillərin dəyərləndirilməsi, təlimçilik və biznes konsaltinq üzrə zəngin təcrübəyə malik olan peşəkar bir mütəxəssisdir.
UAFA-nın könüllüsü, ADİU-nun həmkarlar ittifaqının sədr müavini, uzun müddət Atəşgah Sığortada böyük biznes-trener və korporativ satışa dəstək üzrə böyük menecer, Mol Bulak Kredit təşkilatında təlimçi vəzifəsində və s. kimi nüfuzlu şirkətlərdə çalışmışdır. Hal hazırda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Marketinq və Koordinasiya şöbəsinin Baş Mütəxəssisidir.

Təlim ödənişsizdir və təlimdə iştirak etmək üçün qeydiyyat mütləqdir. Məlumat üçün bildirmək istərdik ki, təlimdən qeydiyyatdan keçən iştirakçılardan 40 nəfər seçilib təlimə dəvət olunacaq.

Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/16SsXIMjxKUbJcxfRJo7evhjZPjOMvpf0ytJjSMUL2kc

Ünvan: 28 May küç 9/13 (23 nömrəli məktəblə üzbəüz)
Tarix: 10.10.2015 saat 11:00

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı