Beynəlxalq Olimpiya Komitəsinin 2019-cu ildəki sessiyası Lozanna şəhərində keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2019-cu ildə keçiriləcək sessiyasının Milanda deyil, İsveçrənin Lozanna şəhərində keçiriləcəyini bəyan edib. Bu barədə qərar BOK-un Buenos-Ayresdə keçirilən iclasında qəbul olunub.

Sessiyanın keçiriləcəyi məkanın dəyişdirilməsinə səbəb İtaliyanın Milan və Kortina-d’Ampetstso şəhərlərinin 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyinə namizəd olmasıdır. Ağ Olimpiadanın ev sahibi məhz növbəti sessiyada seçiləcəyi üçün BOK iclası başqa bir şəhərdə keçirmək barədə qərar qəbul etməyə məcbur olub.

Qış Olimpiya Oyunlarının ev sahibliyinə namizəd şəhərlərin adları BOK-un çərşənbə axşamı keçirilən sessiyasında təsdiq olunub. İtaliyanın Milan və Kortina-d’Ampetstso şəhərləri ilə yanaşı, Kanadanın Kalqari, İsveçin paytaxtı Stokholm şəhərləri də namizədlər siyahısında yer alıb.

2019-cu ilin iyununda keçiriləcək iclas Beynəlxalq Olimpiya Komitəsi qərargahının yeni binasının açılışına həsr olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here