Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Az.QAC icraçı katibinin müavini Səbinə Məhbubi İranın müşaiyəti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Tiflis ofisinin nümayəndəliyinin başçısı Max Santnerlə görüş keçirib.
AzQAC Sumqayıt şəhər bölməsinin ofisində bölmə əməkdaşları və könüllülərin iştirakı ilə baş tutan görüşdə Sumqayıt şəhər bölməsinin sədr müavini Şəhriyar Əliyev çıxış edib, qonaqları salamlayıb, görüşün əhəmiyyətini vurğulayıb.
Bölmə könüllüsü Arzu Mustafazadə çıxışında diqqətə çatdırıb ki, qonaqların gəlişinin məqsədi şəhər bölməsinin fəaliyyəti ilə tanışlıq və könüllülərlə görüşün həyata keçirilməsidir. Maraqlı və diskussiya xarakterli görüşdən qonaqlar məmnunluqlarını bildiriblər.
qhtxeber.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here