“Beynəlxalq Sığorta” şirkətində sığorta satışı üzrə nümayəndə vəzifəsi

“Beynəlxalq Sığorta” şirkəti sığorta satışı üzrə nümayəndə vəzifəsinə işçi axtarır. Ali təhsilli, 20-40 yaşlı, 1 ildən 3 ilə qədər iş stajı, sığorta sahəsində təcrübəli olan, işgüzar, ünsiyyətcil, nizam-intizamlı şəxslər müraciət edə bilərlər.

İş barədə məlumat:
– Sığorta agentlərinin idarə olunması və onların işlərinə nəzarət
– Potensial müştərilərin axtarılması və cəlb edilməsi
– Müvafiq satış hesabatlarının hazırlanması
– Sığorta məhsullarının satışı üzrə planı yerinə yetirmək
– Müştəri bazasının gücləndirilməsi və yeni müştərilərin cəlb olunması
– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
– Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
– Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
– Yeni hüquqi və fiziki şəxslərin müştəri qismində cəlb edilməsi.

Əmək haqqı: 500 – 800 AZN
Telefon: (055) 402-22-55 (012) 596-22-02
e-Mail : [email protected]