Beynəlxalq Təhsil “Education” sərgisində yeni xidmət növü olacaq

Beynəlxalq Təhsil “Education” sərgisində yeni xidmət növü olacaq

Bu il Azərbaycan Beynəlxalq Təhsil “Education” sərgisinin təşkilatçıları ziyarətçilər üçün nəzərdə tutulmuş yeni xidmət növünü elan edirlər. İndi abituriyent və tələbələr universitetlərin sərgidə iştirak edən nümayəndələri ilə əvvəlcədən görüş təyin edə biləcəklər.

Dialoq.info-nun məlumatına görə, bunun üçün sərginin www.education.iteca.azrəsmi veb-saytından müvafiq təhsil müəssisəsini seçərək görüş üçün münasib vaxtı göstərməklə, xüsusi formanı doldurmaq kifayətdir (görüş üçün müraciət avtomatik şəkildə universitet nümayəndələrinə göndəriləcək). Beləliklə, universitetlərin nümayəndələri öz eksklüziv təklifləri barədə danışmaq üçün stendlərdə (təyin edilmiş vaxtda) abituriyentlərin yolunu gözləyəcəklər. Bu xidmət ziyarətçilərə sərgidə vaxtdan daha səmərəli istifadə etməyə, eləcə də növbə olmadan və təyin edilmiş qrafik üzrə universitet nümayəndələri ilə danışıqlar aparmağa imkan yaradacaq. “Education” sərgisi 10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. Dünyanın 21 ölkəsindən 120-dən çox iştirakçı bu sərgidə iştirak edəcək. Onlar bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemlərini nümayiş etdirəcəklər. İştirakçıların tam siyahısı ilə tanış olmaq üçün veb-saytda http://education.iteca.az/2014/?p=visitors_meeting_list&l=en linkinə daxil olmaq kifayətdir. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.