Beynəlxalq və ölkədaxili müsabiqələrdən əldə olunan mükafatlara vergi güzəşti tətbiq edilir

Beynəlxalq və ölkədaxili müsabiqələrdə qalib gələn rezident şəxslərə təqdim olunan pul mükafatı vergiyə cəlb olunurmu?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən sualına cavab olaraq bildirilib ki, müsabiqələrdən əldə olunan mükafatlar Vergi Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq müsabiqənin iştirakçısının gəliri kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir.

Bununla belə, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi ilə belə gəlirləri əldə edən şəxslərə güzəşt verilir. Belə ki, rezident fiziki şəxsin Azərbaycan Respublikasında və ya onun hüdudlarında kənarda keçirilən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatlarının tam dəyəri gəlir vergisindən azad edilir.

Qeyd olunub ki, beynəlxalq yarışlarda və müsabiqələrdə ödəniş formasından asılı olmayaraq pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək olan hissəsi vergiyə cəlb olunmur, qeyd olunan məbləğdən artıq məbləğlər isə Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan dərəcələrlə gəlir vergisinə cəlb olunurlar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here