Beynəlxalq tədbirdə azərbaycanlı gəncin təklifi dəstəkləndi

11-16 Oktaybr 2016-cı il tarixlərində İsveçin Falun şəhərində Beynəlxalq Mülki Xidmət (Service Civil İnternational) Təşkilatının illik görüşü olan Mübadilə Platformu İclası (Exchange Platform Meeting) keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla 30-dan çox ölkənin könüllü gənclər təşkilatları təmsil olunub.

Tədbirdə Azərbaycanı “Avropanın Gənc Azərbaycanlı Dostları İB” (AYAFE)-nin sədri Fəraim Əkbərov təmsil edib. Tədbirin əsas müzakirə mövzuları beynəlxalq könüllülük proqramları və iş düşərgələrinin təşkilinin cari vəziyyəti və gələcək planlar olub.

Müzakirələr zamanı Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və könüllülük proqramları haqqında tədbir iştirakçılarına ətraflı təqdimat verilib, o cümlədən, növbəti ildə Azərbaycanda bir sıra beynəlxalq könüllülük proqramlarının həyata keçirilməsi ilə bağlı AYAFE-nin təklifi dəstəklənib.

Tədbir çərçivəsində, həmçinin Avropa, Amerika və Asiyadan olan bir neçə könüllü gənclər təşkilatları ilə mümkün əməkdaşlıq müzakirə edilib və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Mərkəzi ofisi Belçikanın Antverpen şəhərində yerləşən Benyəlxalq Mülki Xidmət (SCI- Service Civil International) 1920-ci ildə yaradılıb, dünyanın müxtəlif qitələrində fəaliyyət göstərən 50-dən çox filialı və çoxsaylı tərəfdaşları birləşdirən və konüllü xidməti təşviq edən ən böyük beynəlxalq təşkilatlarından biridir. AYAFE 1998-ci ildən SCI-in Azərbaycanda yeganə rəsmi tərəfdaş təşkilatıdır.

 

 

azvision.az

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here