RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Biblio-green dayanıqlı dünyada” Beynəlxalq müsabiqəsi keçirilir

45

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxucular və virtual istifadəçilərlə birgə “Biblio-green dayanıqlı dünyada” Beynəlxalq müsabiqəsində iştirak edəcəklər. Müsabiqənin təşkilatçıları V.İ.Vernadski adına Qeyri Hökümət Ekoloji Fondu və Rusiyanın Dövlət Elmi-Texniki Kitabxanasıdır.

Müsabiqə 1 noyabr 2018-ci il – 20 mart 2019-cu il tarixlərində keçiriləcək.

Müsabiqəyə aşağıdakı layihələr üzrə nominasiyalar təqdim olunmalıdır:

  1. “Yaşıl meydança” («Зеленая площадка»). Yaşayış məntəqəsinin davamlı inkişafını təmin edən layihələr.
  2. “Birlik” («Со-общество»). “Ağıllı şəhərin qurulması” üçün yerli hakimiyyət orqanları ilə səmərəli iş, yerli icmanın fəaliyyətinin mütəşəkkil formada təşkili və özünüidarəetmənin inkişafı.

Müsabiqə iştirakçıların materiallarının qəbulu 15 fevral 2019-cu il tarixindən 28 fevral 2019-cu il tarixinədək qəbul olunur.

Müsabiqəyə materialları tam formada təqdim etmiş bütün iştirakçılara sertifikatlar veriləcək.

Müsabiqədə iştirak arzusunda olanlar M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya müraciət edə bilərlər (Yasamal rayonu, H.Zərdabi küç., 68).

Telefon: (012) 432-68-11

E-mail: [email protected]

Facebook: Yasamal MKS

İnstagram: yasamalmks

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı