Bill Geyts “ağıllı şəhər” tikir

Dünyanın ən zəngin adamlarından biri, “Microsoft”un yaradıcısı Bill Geyts Arizona ştatında Belmont adlı “ağıllı şəhər” tikəcək.

APA TV-nin ABŞ mətbuatına istinadən məlumatına görə, o, bu məqsədlə Arizona ştatında dəyəri 80 milyon dollar olan 100 kvadrat kilometrlik torpaq sahəsi alıb.

İlkin bilgilərə əsasən, ərazidə 80 min ədəd ev, məktəblər, habelə sənaye, ofis, data mərkəzlər, avtomatlaşdırılmış nəqliyyat şəbəkələri yerləşəcək.

McKinsey (MakKinzi) şirkətinin açıqladığına görə, 2020-ci ilədək, dünyada 600 “ağıllı” şəhər salınacaq ki, layihənin ümumi investisiya dəyəri 400 milyard dollar təşkil edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here