Binəli Yıldırım: Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır

Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib.

B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb, rəsmi Yerevan bu təklifə məhəl qoymur.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here