Biofizika İnstitutunda elmi seminar keçirilib

AMEA-nın Biofizika İnstitutunda 27 Mart – Elm Gününə həsr olunan elmi seminar keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq Prezident İlham Əliyevin ölkəmizdə Elm gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladıb. Həmçinin bu gün münasibətilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı haqqında seminar iştirakçılarına məlumat verib.

Daha sonra institutun laboratoriya müdirləri – b.e.d, prof. Tokay Hüseynovun “Molekulyar biofizikanın və molekulyar biokimyanın müasir problemləri: gələcək perspektivlər”, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “İnteqrativ biologiya və bioinformatika”, kiçik elmi işçi Ramiyyə Həsənovanın “Hüceyrə membranlarının komponentləri və fərqləndirici xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin əməkdaşı Şəlalə Nəcəfəliyevanın “Mikroelektrod holderinin yeni hazırlanması üsulu” və digər mövzularda məruzələr dinlənilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here