“Biotexnologiyalar” seminarı (Ödənişsiz)

DİA ECO Clubu təqdim edir !

Əziz DİA tələbələri, bu təlimdə ” Biz təbiəti niyə öyrənməliyik? ” – sualına cavab tapacaqsınız.

Təlim haqqında qısa məlumat :
– Mercedes firması qutu balığını təqlid edir, bununla da avtomobilləri yanacaqdan daha sərfəli istifadə edir. McLaren firması yelkən balığını təqlid edərək daha sürətli motorlar ixtira edir. Skorski vertolyotlarının bəzi modelləri iynəcələrin xüsusiyyətləri öyrənilərək dizayn edilir. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün balıqların antifriz sistemi öyrənilir. Boeing firması quşların qanad qıvrımlarını, yapon şinkansen qatarları isə quşların dimdik formalarını təqlid edir. Yüksək təzyiqli nasosların inkişafı üçün suyun səthi gərilmə qüvvəsindən istifadə edilir. Ağcaqanadların cərrahiyyə metodları tibbə, yarasaların exolokasiya sistemləri hərb sənayesinə tətbiq edilir və s.

Daha bilmədiyimiz, amma gündəlik həyatda istifadə edib müşahidə etdiyimiz bir çox texnologiya əslində təbiətdəki texnologiyanın təqlididir. Bu təlimdə daha bir çox əyani misalları təbiəti qorumağın onu tanımaqla mümkün olacağını öyrənmək mümkündür.

-Təlim:
“Təbiət Elmləri İctimai Birliyi”nin sədri və peşəkar təlimçi Rövşən Əkbərov tərəfindən keçiriləcəkdir.

Vaxt: 15 noyabr saat 11:00

Ünvan: Dövlət İdarəçilik Akademiyası

Lermontov küçəsi, 74, AZ1001 Bakü

 

Təlimdə iştirak etmək istəyənlər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
http://lm.facebook.com/l.php?u=http%3A%2F%2Feko-form.herobo.com%2F&h=AAQEmOsz2&s=1

Son qeydiyyat tarixi- 14.11.2014. Saat- 20:00.

P.S- Təlim ödənişsizdir.

Əlaqələndirici şəxslər:
Siyasi idarəetmə fakultəsi- Ramtiq Alizadə
İnzibati idarəetmə fakultəsi- Murad Askerov