Bir Gəncin Səsi

“Salam dostlar, ilk öncə onu deyim ki bu tədbiri yaratmazdan əvvəl əlimdə mümkün olan bütün imkanlardan istifadə etmişəm, ancaq heç biri alınmayıb və sonda bu tədbiri yaratdım.

Özümdən danışım sizə. Adım Rəşaddır, 20 yaşım var, işləmirəm, oxumuram. 9 il oxuyandan sonra gedib-gəlmək çətinliyinə görə məktəbi buraxmışam. Mənim ayaqlarımda problem var, düzü nə xəstəlik olduğunu bilmirəm. Ayaqlarımı sərbəst hərəkət etdirə bilmirəm. Azərbaycanda hər yerə getmişəm, yüzlərlə həkimə yoxlatdırmışam, amma mənə dəqiq bir diaqnoz qoya bilməyiblər.

Bu xəstəlik məndə 6 yaşımdan yaranıb. Anadangəlmə deyil, yəni 6 yaşıma kimi tam sağlam və normal olmuşam. Sonradan yeriməyimdə ciddi dəyişiliklər olub. 6 yaşımdan bugünə kimi doğru diaqnoz qoyulmaması və düzgün müalicə almadığıma görə vəziyyətimdə daha da pisləşmə baş verib. Artıq demək olar evdən bayıra çıxa bilmirəm, nə işləyə, nə də təhsil ala bilmədim. Maddi imkanımız da pisdir, ona görə ev şəraitində də təhsil ala bilməmişəm.

Mən ən son Heydər Əliyev Fonduna məktub yazaraq məni müalicə üçün xaricə göndərmələrini xahiş etmişdim. Amma məni Respublika Klinik Xəstəxanasına göndərdilər, orda da 5-10 dəqiqəlik yoxlanışdan sonra yenə də həmişəki kimi tamam başqa diaqnoz qoyuldu. Mənim maddi imkanım çox zəifdir, xaricə gedib orda müayinədən keçib müalicə ala bilmirəm. Çox istərdim ki, Almaniyaya gedib müalicə alıb sağalım. Artıq 14-15 ildir ki bu haldayam.

Gələcəyimi, həyatımı qurmaq üçün ayağa durmalıyam. Həyatda ən böyük xoşbəxtlik sağlamlıqdır. Mən də siz gənclər kimi heç kimə möhtac olmadan özüm gəzib, özüm oxuyub, özüm işləyib, qazanıb yaşamaq istəyirəm.

Həyatın 4 divardan kənarda olan gözəlliklərini özüm öz gücümə görmək istəyirəm. Sağlamlığıma qovuşmaq üçün kömək etsəniz, çox sevinərəm.

Diqqətinizə görə minnətdaram

Yardım edə biləcək hər kəsə səslənirəm:

Banka getməyə vaxtı olmayanlar MilliÖn(PayPoint) post terminalları vasitəsilə də istənilən qədər yardım edə bilərsiniz.PayPointdə Bank Respublika bölümünü seçərək aşağıda gördüyünüz hesab nömrəsini yazmaqla yardım edə bilərsiniz.
Hesab Nömrəsi: 380194402747385701
Şəxsiyyət Vəsiqəsi: AZE 03304334

————————–————————–——–
Bankdan ödəmə etmək istəyənlər üçün:
AccessBank
VÖEN: 1400057421
SWIFT: ACABAZ 22
MÜXBİR HESAB: AZ10NNABZ01350100000000054944
SUBMÜXBİR HESAB: AZ54NABZ01350100000003056944
HESAB NÖMRƏSİ: AZ98ACAB00001030241000350760 ( AZN )