Bir qrup veteran kino xadimi mükafatlandırılıb

Milli Kinomuzun 120 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup veteran kino xadiminə pul mükafatları təqdim edib.

İttifaqın mətbuat xidmətindən bildirilib ki, təqdim edilən pul mükafatları 2018-ci ildə yubileyləri qeyd edilən bir neçə kino xadimlərinə də şamil olunub. Belə ki, qurum bir nəfər kino xadiminə 2000 manat, üç nəfərə 350 manat, səkkiz nəfərə isə 250 manat pul mükafatı təqdim edib.

Qurumun təsis etdiyi “Milli kino mükafatı”na Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Xalq Artisti, professor Oqtay Mirqasımov layiq görülüb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here