Birinci Qadın Sosial Sahibkarlıq Forumu keçirilib

Bakı Biznes Mərkəzində Education HUB və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiyasının  təşkilatçılığı,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə olaraq Qadın Sosial Sahibkarlıq Forumu keçirilib. Forum iştirakçılarını salamlayan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkənin davamlı və tarazlı inkişafı təmin edilmiş, sahibkarlar üçün əlverişli biznes, investisiya mühiti yaradılmış, ölkə iqtisadiyyatının qlobal çağırışlara dayanıqlılığı təmin edilmiş və əldə edilmiş uğurlar əhalinin rifahının yüksəldilməsinə, sosial məsələlərin həll edilməsinə yönəldilmişdir. Bildirilib ki, özünüməşğulluğun artırılması, həssas qrupların, o cümlədən aztəminatlı ailələr, məcburi köçkünlərin, eləcə də regionlarda yaşayan əhalinin, xüsusən də qadınların sosial biznesə cəlb olunması mühüm əhəmiyyət daşıyır və kiçik və orta sahibkarlara, o cümlədən gənclərin, məcburi köçkünlərin, qadınların, əhalinin həssas qruplarının və digər az təminatlı ailələrinin sahibkarlıq fəaliyyətinə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin verilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı üçün sahəvi assosiasiyaların yaradılması, ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verilməsi, özünəməşğuluq proqramını çərçivəsində ailə təsərrüfatlarının dəstəklənməsi bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdəndir. 

Tədbir zamanı “Sosial sahibkarlıq qadınlar üçün Davamlı inkişaf modeli kimi” panelində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İH-nin sədr müavini Nadir Adilov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İH-nin sədri Səkinə Babayeva və digərləri Azərbaycanda sosial sahibkarlığın inkişaf istiqamətləri və regionların inkişafına tövhəsini xüsusi vurğulayıblar. İkinci panel müzakirəsi zamanı Azərbaycanda Sosial sahibkarlığı dair hazırlanmış ilk tədqiqat təqdim olunub.  Üçüncü panel  Beynəlxalq sosial sahibkarlıq təcrübələrinə həsr olunub. Qazaxıstan, Gürcüstan və Amerikadan olan ekspertlər öz ölkələrində sosial sahibkarlığın əhəmiyyəti, əldə etdikləri uğur hekayələrini Azərbaycan forum iştirakçıları ilə paylaşıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here