RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.10.09 13:34

Birinci xanımın cangüdənləri etiraza səbəb oldu

44

Serbiyada səfərdə olan Türkiyə prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğanın cangüdənləri etiraza səbəb olub.

Dialoq.info Teleqraf.com-a istinadən xəbər verir ki, olay paytaxt Belqradda yerləşən kafelərdən birində baş verib.

Əmin Ərdoğan Serbiyaya işgüzar səfər edib. Ölkənin birinci xanımı səfər proqramı çərçivəsində Serbiyada fəaliyyət göstərən türk diaspor təşkilatlarının keçirdiyi tədbirlərdən birinə qatılıb.

Məlumata görə, tədbirin keçirildiyi ərazidə Əminə Ərdoğanın cangüdənlərinin bir kafeyə silahlı halda girməsi qarşıdurmaya səbəb olub.

Mühafizəçilər, ofisiantlar və kafe müştəriləri arasında baş verən gərginliyi polis sakitləşdirib.

Olayın cangüdənlərin ətrafda yoxlama apardığı vaxt baş verdiyi iddia edilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı