RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Bitkoin ucuzlaşmaqda davam edir – 6,5 min dollar

19

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Bitkoinin qiyməti bu gün 6,5 min dollar həddindən aşağı düşüb.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 6,89% azalaraq 6,49 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, “Ethereum” 8,59% və ya 371,85 dollaradək, “Ripple” 15,2% (0,3473 dollara qədər), “Bitcoin Cash” isə 10,32% (621,31 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 230,27 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı