“Bizim Olimpiada” mövzusunda festival keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) hesabat iclası keçirilib.İdarənin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, iclasda BŞMTİ-nin rəisi Əlikram Əliyev 2014-cü ildə mədəniyyət müəssisələrinin fəaliyyəti barədə məlumat verib.

Daha sonra mədəniyyət evlərinin, mərkəzlərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə olunub, təkliflər dinlənilərək, müzakirələr aparılıb.

İclasda Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində görüləcək işlərdən də söz açılıb. Bildirilib ki, bununla əlaqədar cari ilin martında Bakı şəhərində “Bizim Olimpiada” mövzusunda rəsm və əl işlərindən ibarət festival təşkil olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here