RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Biznes menecment” istiqaməti üzrə təcrübə proqramı

941

“ASAN School” könüllülük proqramının  “Master 2” pilləsi çərçivəsində “Biznes menecment” istiqaməti üzrə könüllülər biznes planlaması, kommersiya təşkilatlarının yaradılma prosedurları, biznesin idarə edilməsi, vaxtın idarə edilməsi və s. mövzularda təlim və təcrübə proqramına cəlb olunurlar.

Əziz könüllülər, “Biznes menecment” istiqaməti üzrə yeni tərəfdaşımız DəmirBank olacaq. DəmirBank 25 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. DəmirBank 2009-cu ilin yekunlarına görə “Uğurlu Rebrendinq” nominasiyasında UĞUR 2009 mükafatına layiq görülüb. Bank daha əvvəl “Etimad Bankı” və “Regionlarının sosial-iqtisadi inkişafı sahəsində xidmətləri” nominasiyaları üzrə UĞUR mükafatına layiq görülmüşdür. Bank hər il sosial və ictimai əhəmiyyətli proqramlarda iştirakını gücləndirir, əhalinin mikro-kreditləşməsini və kütləvi bank xidmətlərini (kommunal ödənişlər, pul köçürmələri) genişləndirir və digər tədbirlər həyata keçirir.

Əziz könüllülər, sizlər bu proqrama qoşulmaqla müəyyən olunmuş müddət çərçivəsində “Biznes menecment” istiqaməti üzrə təcrübə proqramı keçəcək, bank işinin aparılması ilə bağlı yeni biliklər əldə edəcək, biznes quruculuğu və ümumi biznes fəaliyyəti barədə təsəvvürlərə sahib olacaq və peşə bacarıqları əldə edəcəksiniz. Burada əldə edəcəyiniz təcrübə gələcəkdə sizlərin bank sektorunda işləmək imkanlarınızı artıracaqdır.

Diqqət: Nəzərinizə çatdıraq ki, müraciət edənlər içərisində gələcək iş imkanlarının yaranması ehtimalını düşünərək yaşayış yeri İmişli, Beyləqan, Sabirabad, Şəmkir və Göyçay şəhərləri olan gənclərə üstünlük veriləcəkdir. Qeyd edək ki, seçimlər nəticəsində yalnız 15 könüllü bu şansı qazanacaqdır. Bu səbəbdən qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!

Proqrama qoşulmaq üçün müraciət : http://goo.gl/xpNzLX

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı