“Biznes və Liderlik” layihəsi çərçivəsində 3 günlük təlimlər keçirilib

Gəncə şəhəri, Gənclər evində  Azərbaycan Respublikasındakı Litva Səfirliyinin və COUNTERPART İnternasional təşkilatının dəstəyi ilə “Biznes və Liderlik” layihəsi çərçivəsində 3 günlük təlimlər keçirilib.
qhtxeber.az-a daxil olan məlumata görə, təlimlərin iştirakçıları Gəncə şəhərində yaşayıb işləyən və təhsil alan 18-30 yaşlı gənc xanımlar olublar. Layihənin əsas məqsədi gənc qadınlarda liderlik və özünüinkişaf, biznes planlaşdırılması və idarəçilik, marketinq, səmərəli ünsiyyət bacarıqlarının inkişafına dəstək olmaqdır.
Təlimə Azərbaycan Respublikasındakı Litva səfirinin müavini Dalija İqnatavisiute, Litva Xarici İşlər Nazirliyinin İnkişaf və Əməkdaşlıq departamentinin konsulu Eirimas Pakalnis, COUNTERPART İNTERNASİONAL təşkilatının Bakı ofisinin rəhbəri İlqar Ağasiyev qatılıblar. Təlim iştirakçıları kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi, marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və bunlarla bağlı ölkəmizdə olan qanunvericilik, liderlik, PR və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyiblər.
Tədbirdə Rol Module şəxsində PAŞA BANK Gəncə filialının direktoru Sevil Abbasova iştirak edib, gənc xanımlarla uğur hekayəsini bölüşüb, kiçik və orta bizneslə məşğul olmaq üçün bank və kreditlərdən istifadə yolları haqqında danışıb.
Azərbaycan Respublikasındakı Litva səfirinin müavini Dalija İqnatavisiute bu təlimlərin kiçik və orta sahibkarlıq sferası üçün müstəsnalığını vurğulayıb: “Gənc xanımların kiçik və orta sahibkarlıqla məşğul olması üçün belə təlimlərin keçirilməsi zəruridir. İnanıram ki, keçirilmiş təlimlər gənc iştirakçıların biznes bacarıqlarının üzə çıxarılması və yaxın gələcəkdə onların öz bizneslərinin başlanmasında bir stimul olacaq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here