RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Bizon Run n` Roll” adlanan həyəcan dolu layihə keçirilib

252

Fevralın 7-sində Şahdağ Turizm Mərkəzində çox maraqlı və həyəcan dolu layihə baş tutdu. Bizon Run n` Roll adlanan layihə hər zaman olduğu kimi Azərbaycanın qış istirahət və xizək mərkəzində əyləncə sektoruna yeniliyə imza atmış oldu. Bu dəfə Xtreme Pro təşkilatçıları böyük ölçülərdə kreativ boulinq oyunu təşkil etməyə müvəffəq oldular. Burada əsas ideya müəyyən hündürlükdən içərisinə adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır.

Burada 1 iştirakçı şarın içində aşağı sürüşməli, ikinci iştirakçı isə müəyyən xüsusi kostyumda şarın qarşısında qaçmalıdır. Yarışmada 2 nəfərdən ibarət komandaların qeydiyyatı elan olunmuş, 140 qeydiyyat içərisində ən maraqlı 25 komanda seçilmişdir. Layihənin qaliblərini isə bu Xtreme Pro-nun təşkilatı olduğu yarışlarda ikiqat qalib olan Məryəm Məhəmməd və Gulsumxanım Nəbizadədən ibarət münsiflər heyəti seçdi. 2 kriteriya üzrə qaliblər aşağıdakı komandalar oldu:

“Ən uğurlu texnika” nominasiyasında mamksimum xal toplayan “Колдуны” komandası oldu

“Tamaşaçıların simpatiyası” nominasiyasında maraqlı şou və geyimləri ilə hər kəsin dəstəyini qazanmış “Monster Ladies” komandası qalib gəldi

Layihənin qalibləri Bizon Energy Drink və Xtreme Pro, habelə Şahdağ Turizm Mərkəzi və PAŞA Sığorta tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırıldı.

Layihənin rəsmi informasiya dəstəyi Trend.az, Day.az, Milli.az

IMG_0012 IMG_0048 IMG_0138 IMG_0285 IMG_0402 IMG_0433 IMG_0443 IMG_0526 IMG_0580 IMG_0607 IMG_0696 IMG_0817 IMG_0837 IMG_0877 IMG_0903

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı