“BMT-İN POST-2015 İNKİŞAF GÜNDƏLİYİ VƏ AZƏRBAYCAN GƏNCLİYİ” YEKUN KONFRANSI

Regionlar: Bakı
Vaxt: 06.03.2015, 09:15  –  06.03.2015, 12:30
Elandakı məlumatın adı: “BMT-in Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” Yekun Konfransı
Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının akt zalı
Məqsəd: Tədbirin əsas məqsədi BMT-in Post-2015 İnkişaf Gündəliyi, dayanıqlı inkişaf məqsədlərinin təqdim olunması və Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetlərin və problemlərin müzakirə edilməsidir.
Elan:

Hörmətli gənclər və gənclər təşkilatları,

Sizi, 06 mart 2015-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlığ çərçivəsində təşkil olunan “BMT-nin yeni İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” adlı yekun konfransa dəvət edirik.

Bildiyiniz kimi, Azərbaycan ötən ildən 2015-ci ildən sonrakı qlobal inkişaf çərçivəsi üzrə milli məsləhətləşmələr keçirən 88 BMT üzv ölkələrindən biri olmuşdur. BMT sistemi tarixində ilk dəfə olaraq, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən, fərqli yaş və sosial qruplardan olan insanların fikirləri dinlənilmişdir.

Xatırladaq ki, Milli Məsləhətləşmələrinin ikinci mərhələsinin ilk müzakirələri Gəncə və Quba şəhərlərində, Bakı şəhərində isə “BMT Modeli” Simulyasiya Seminarı keçirilmişdir.

Qeyd edək ki, müzakirələr zamanı toplanmış təkliflər milli məsləhətləşmələr üzrə yekun hesabata daxil olunmuş və müvafiq qurumlar arasında yayılmışdır. Bundan əlavə, məsləhətləşmələrin nəticələri BMT-in Baş Katibinin Hesabatına salınaraq 2015-ci ildən sonrakı BMT-in İnkişaf Gündəliyini formalaşdıracaqdır.

Konfransda iştirak etmək istəyən şəxslər aşağıdakı formanı 4 mart 2015, saat 18:00 dək doldurmağınız xahiş olunur.

http://www.nayora.az/announcements2,84/lang,az/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here