BMT İnkişaf Proqramı Azərbaycanda alternativ enerji sahəsinin inkişafını dəstəkləməyə hazırdır

BMT İnkişaf Proqramı Azərbaycanda alternativ enerji sahəsinin inkişafını dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu BMT-nin rezident-əlaqələndiricisinin müavini Alessandri Frakasetti Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu”nda deyib.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması kənd təsərrüfatı, energetika, səhiyyə, şəhərsalma kimi sektorların inkişafı üçün yeni imkanlar yaradır:

“Bu sektorlar dünya iqtisadiyyatının 60 faizini təşkil edir və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynayır”.

A.Frakasetti qeyd edib ki, bu məqsədlərə çatmaq üçün dövlət və özəl sektor arasında dialoq və əməkdaşlıq vacibdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here