RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.09.11 17:57

Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

30

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın üçüncü günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

57 kq çəkidə qüvvəsini sınayan boksçumuz Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş təmsilçimizin asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26).

T. Əliyev 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı