RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

“Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri keçiriləcək

68

İyunun 29-da Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi dörd aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri keçiriləcək.

DGTYB-dən bildirilib ki, tədbirdə layihə çərçivəsində nəşr edilmiş “Bölgələrdən səslər-3” antologiyasının təqdimatı da nəzərdə tutulur. Xatırladaq ki, antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb.

Respublikamızın müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən layihənin yekun tədbiri – antologiyanın təqdimatı və “Gənc yazarların poeziya gecəsi” Binəqədi Gənclər Evində gerçəkləşəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı