Bolqarıstanda korrupsiyaya qarşı mübarizənin orta təhsil proqramına salınması təklif olunub

Bolqarıstan milli radiosunun məlumatına əsasən, Sofiyada müxtəlif hökumət struktrularının nümayəndələrinin iştirakı ilə orta məktəblərdə təhsil proqramına korrupsiyaya qarşı mübarizə fənninin əlavə edilməsi məsələsi müzakirə edilib.

Bolqarıstanın korrupsiyaya qarşı mübarizə və qanunsuz əldə edilmiş əmlakın müsadirə olunması komissiyasının sədri Plamen Georgiyev bildirib ki, dövlətdə təmsil edilməyin varlanmaq üçün əlverişli imkan olması barədə vətəndaşların düşüncələrində dəyişiklər edilməlidir. Buna nail olmaq üçün iki nəsil yetişməlidir. Amma ilk nəticələri 10 və ya 20 ilə görmək mümkündür.

Bolqarıstanın təhsil naziri Krasimir Vılçevin qeyd edib ki, korrupsiyaya qarşı mübarizə müstəqil fənn kimi və ya digər fənlərdən birinin tərkibində təhsil proqramına salına bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here