Botanika İnstitutunun əməkdaşı Yaponiyada tədqiqatlar aparıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun gənc mütəxəssisi Lamiyə Abbasova Yaponiyanın Tsu şəhərindəki Mie Universitetində elmi ezamiyyətdə olub.

İnstitutdan bildiriblər ki, L.Abbasova Mie Universitetinin bitki patologiyası laboratoriyasında professor Susumu Takamatsunun rəhbərliyi altında “Ağac bitkiləri üzərində yayılan unlu şeh göbələklərinin tədqiqatı və taksonomik statusu şübhəli bəzi növlərin təyin olunması” layihəsi üzrə tədqiqatlar aparıb. Son illərdə Azərbaycanın müxtəlif regionlarından toplanılan yeni herbari nümunələri, həmçinin Yaponiyanın müxtəlif ərazilərindən toplanılan və Mie Universitetinin mikoloji herbarisində saxlanılan herbari nümunələri morfoloji və molekulyar üsullarla araşdırılıb və identifikasiya edilib. Herbari nümunələri həm Mie Universitetinin, həm də AMEA-nın Botanika İnstitutunun mikoloji herbarisinə, sekvens məlumatları isə Yaponiyanın DNT məlumat bazasına depozit edilib.

Ezamiyyət Yaponiyanın Osaka şəhərində yerləşən Fermentasiya İnstitutunun xarici tələbələr üçün təşkil etdiyi təqaüd proqramı çərçivəsində reallaşdırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here