BP “Cənub Qaz dəhlizi”nin Gürcüstandan keçən hissəsində tikinti işlərini başa çatdırıb

BP “Cənub Qaz dəhlizi”nin Gürcüstan ərazisindən keçən hissəsində tikinti işlərini başa çatdırıb.

Bu sözləri jurnalistlərə müsahibəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

BP-nin regional prezidenti bildirib ki, “Cənub Qaz Dəhlizi” üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəllə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarısında “Şahdəniz” qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlanılacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here