“bp” – Təcrübə proqramı

“bp” – Təcrübə proqramı

İlk addım kimi karyera üçün bizim şirkətdə keçəcəyiniz təcrübə proqramından yaxşı nə ola bilər? Siz hiss edilən faydalar və ölçülə bilən nəticələr verən real layihələr üzərində işləyəcəksiniz. Bununla yanaşı, qarşılaşdığımız ən vacib çətinliklərdən bəziləri haqqında öyrənmək və onların həllinə kömək etmək imkanınız olacaq.
BU NƏDIR?
Tələbələr üçün yay təcrübə proqramı BP şirkətində yay tətili zamanı 10 həftəlik çalışmaq imkanıdır. Təcrübəniz müddətində siz rəqabətə davamlı əmək haqqı alacaq, əsl komanda işi ilə tanış olacaq və ən son avadanlıq və texnologiyalardan istifadə etməklə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edecəksiniz. Karyera təşəbbüslərinizi üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız.
BU NECƏ BAŞ VERIR?
Təcrübənizin başlanğıcında biz sizin təcrübə zamanı inkişaf etdirə biləcəyiniz bacarıqları müzakirə edəcək və sizi proqram boyu inkişafınızı qiymətləndirməyə həvəsləndirəcəyik. Bütün təcrübə keçənlərə menecerlər yardım edəcəkdir. Onlar sizinlə birlikdə işin məqsədlərini müəyyən edəcək və bu məqsədlərə nail olmaq üçün sizə lazımi dəstəyi göstərəcək, avadanlıqlarla təmin edəcəkdir. Təcrübənizdən maksimum dərəcədə istifadə etmək üçün təfsilatlı və mərkəzləşdirilmiş qiymətləndirmə prosesi çox vacibdir. Meneceriniz sizin inkişafınıza nəzarət edəcək, bütün təcrübə boyu və əsasən də proqram müddətinin ortasında aparılan qiymətləndirmə zamanı bu barədə sizinlə müzakirə aparacaq. Bu sizə təcrübə zamanı hansı nəticələrə nail olmağınızı görməyə və təcrübənin tamamlanmasına qədər əlavə hansı bilik və bacarıqlara ehtiyacınız olduğunu müəyyən etməyə yardım edir. Bundan əlavə, təcrübə zamanı BP şirkəti daxilində əməkdaşlarla əlaqə qurmağa köməklik göstərən, irəliləyişlərinizi müzakirə edən və yaranan hər bir sualınıza cavab verə biləcək bir iş yoldaşı təyin olunacaq.
KİM ƏRIZƏ VERƏ BILƏR?
Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2016-cı ildə bitirən bütün tələbələr proqramda iştirak üçün müraciət edə bilərlər. Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu proqramda iştirak edə bilərlər.
NECƏ ƏRIZƏ VERMƏLI?
2015-ci il Tələbə və məzunların işə qəbul proqramı üçün ərizə qəbulu 2014-cü il 15 oktyabrdan başlayaraq 2014-cü il 1 dekabr tarixinə qədər davam edəcəkdir. Ərizələrin qəbulu və seçim prosesi haqqında ətraflı məlumatı Seçim prosesi bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün İnsan resursları şöbəsinin əməkdaşı Həlimə Mahmudova ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə telefonu: +994 (0)12 599 3000. Hansı ixtisasın sizə uyğun gəldiyini öyrənmək üçün Ixtisas uyğunluğu sənədini yoxlayın.
Ərizəni dolduraraq proqramda iştirak üçün müraciət edin
BİZƏ KİMLƏR LAZIMDIR?
Bizə aşağıdakı ixtisaslar üzrə namizədlər lazımdır: Geologiya, Geofizika və Petrofizika; SƏTƏM – Təhlükəsizlik, Korroziya və Materialşünaslıq mühəndisliyi; İnşaat və Tikinti mühəndisliyi; Elektrik mühəndisliyi; Nəzarət və ölçü cihazları mühəndisliyi; Mexanika mühəndisliyi; Boru kəmərləri mühəndisliyi; Emal texnologiyaları mühəndisliyi; Axın təminatı mühəndisliyi; Layihə mühəndisliyi; Kritik Əməliyyatlar üzrə Telekommunikasiyalar mühəndisliyi; Istehsal kimya mühəndisliyi; Sualtı mühəndislik; Maliyyə/Kommersiya; Maliyyə/Mühasibat uçotu və nəzarət; SƏTƏM-Əməyin təhlükəsizliyi; Təchizat sisteminin idarəetməsi.