RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

BP Xəzərdə qazma və layihələndirmə üzrə yarım milyardlıq müqavilə imzalayıb

22

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz yatağının operatoru olan BP şirkəti bu gün Azərbaycanda qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini uzadıb.

Musavat.com şirkətin ictimaiyyətlə əlaqələr xidmətinə istinadən xəbər verir ki, 500 milyon ABŞ dolları dəyərində olan yeni müqavilə “KCA Deutag” şirkəti ilə SOCAR AQŞ-nin birgə müəssisə olan “Turan Drilling & Engineering Company” MMC ilə imzalanıb.

Şirkət bildirir ki, bu, Xəzər regionunda operator qismində çıxış edən BP-nin yerli tərəfdaşı olan şirkətlə bağladığı digər bir iri müqavilədir: “Bu, BP və tərəfdaşlarının regionda fəaliyyətə başladığı vaxtdan prioritet sahə kimi yerli potensialın yaradılmasına və yerli bazarın gücləndirilməsinə töhfə verməklə, yerli resurslardan istifadənin inkişaf etdirilməsi üzrə həyata keçirdiyi uğurlu strategiyaya söykənir. Bu, həmçinin BP və tərəfdaşlarının hökumət və SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədlərinə uyğundur”.

Müqavilə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı olmaqla beş il təşkil edir .

BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqi bildirib ki, Xəzər regionunda uzun müddətdir təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi “KCA Deutag” şirkətinin beynəlxalq təcrübəsinin və Xəzər regionundakı 20 ildən artıq iş təcrübəsinin SOCAR AQŞ-nin Xəzərə dair dərin bilikləri və Xəzərdə qazma sahəsindəki aparıcı fəaliyyəti ilə birləşməsini alqışlayırlar: “BP regiondakı 27 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. Ümid edirik ki, bu yeni müqavilə əməyin təhlükəsizliyi, yerli bacarıqların inkişaf etdirilməsi, xərclərin səmərəliliyi, rəqabətə davamlılıq və qlobal sənaye standartları üzrə götürdüyümüz davamlı öhdəliyimizi dəstəkləyəcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı