RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.09 01:48

Braziliyalı ekspert: Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının nəticələri müsbət təəssürat oyadır

20

Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının son beş ildə əldə etdiyi nəticələr müsbət təəssürat oyadır.

Bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının eksperti, braziliaylı Katya Lemos deyib.

O bildirib ki, bu qədər qısa müddət ərzində bu cür təkmilləşən ikinci komanda tanımır:

“Azərbaycan komandası hələ gəncdir, amma onun keçdiyi inkişaf yolu heyrətləndirir. Fikrimcə, aerobika gimnastikası üzrə gələcək turnirlərdə komanda daha yaxşı nəticələr əldə edəcək”.

Bakıda keçirilən məşqçilik kurslarından danışan Katya Lemos peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb:

“Bakıda kursların təşkili yüksək səviyyədə olur. Bu, mənim Azərbaycana ikinci səfərimdir, 2017-ci ildə ilk dəfə səfər etmişdim və bu müddət sizin şəhərə aşiq oldum”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı