Brent markalı neftin qiyməti 72 dolları ötdü

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,40% artaraq 67,09 dollar təşkil edib. Qeyd edək ki, sonuncu dəfə bu qiymət 2014-cü ilin dekabrında qeydə alınıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib.

“APA-Economics”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here