Bu ay “Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert olacaq

Bu ay “Gəclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təqdim ediləcək.

Hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Aprelin 17-də təqdim olunacaq birinci konserti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, aprelin 19-da isə Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ötən il 30-dək konsert proqramı təşkil edilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here