RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin doğum günüdür.

20

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il 12 fevralda Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.

T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. O, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş şücaətinə görə, DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar tarixində Təbriz Xəlilbəylinin son döyüşü olub. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı