Bu gün bal yarmarkasının açılışı olacaq

Bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Qeyd edək ki, bal yarmarkasının açılışı oktyabrın 5-ə planlaşdırılsa da, hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here