Bu gün ilin ilk Günəş tutulması baş verəcək

Bu gün ilin ilk Günəş tutulması baş verəcək. İlk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək.

Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

Qeyd edək ki, bu il daha iki Günəş tutulması hadisəsi qeydə alınacaq. Onlardan biri iyulun 13-də, digəri isə avqustun 11-də baş verəcək. Budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq. Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here