RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Bu gün Jurnalistlərin Beynəlxlaq Həmrəylik günüdür

32

Hər il sentyabrın 8-də qeyd olunan Jurnalistlərin Beynəlxlaq Həmrəylik Günü 1958-ci ildə Bükreşdə, Beynəlxalq Jurnalistlər Təşkilatının 4-cü Qurultayında təsis edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bayram hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam olunmuş çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib. Fuçikin “Edamqabağı reportaj” kitabı 70 dilə tərcümə edilib, dünyanın bir çox ölkələrində nəşr olunub.

Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilir. Qərara əsasən, bu gün bütün ölkələrin jurnalistləri və nəşrləri dünya ictimaiyyətinə, xüsusilə də hüquqlarının qorunması məsələsində həmrəyliklərini göstərməlidirlər.

Xatırladaq ki, Azərbaycan jurnalistləri öz peşə bayramını Prezidentin Fərmanına uyğun olaraq, “Əkinçi” qəzetinin 1875-ci ildə nəşrə başladığı gün – iyulun 22-də qeyd edirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı