Bu gün səhnəmizin “Qaynana”sının doğum günüdür

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti, ölməz sənətkar Nəsibə Zeynalovanın doğum günüdür. Nəsibə Zeynalova 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.
İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.
“Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.
1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmi çəkib.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə Bakıda vəfat edib.
Məzarı I-ci Fəxri Xiyabandadır.
Xatırladaq ki, ötən il Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə təntənəli tədbirlər silsiləsi keçirilib.
2017-ci il yanvarın 18-də Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ədəbi-bədii axşam keçirilib. Yubiley gecəsində “Qayınana” bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here