Bu gün Xalq şairi Zəlimxan Yaqub anılıb

Xalq şairi Zəlimxan Yaqubun vəfatından üç il ötür. SİA-nın məlumatına görə, bu gün tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri bu gün Fəxri Xiyabana gələrək tanınmış şairin məzarını ziyarət ediblər. Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Zəlimxan Yaqub kimi şairlər heç vaxt unudulmayacaq.

Vəfatından keçən 3 il müddətində şairin kitablarının Qazaxıstan və İranda işıq üzü görüb.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Zəlimxan Yaqubun təkcə Azərbaycan ədəbiyyatında deyil, türk dünyasında sevilən şair olduğunu bildirib və onun dünya ədəbiyyatında mövqeyindən söhbət açıb. Şairin zəngin həyat yolundan danışan alim onun nəinki görkəmli şair, ədəbiyyatçı, həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirib. Mərasimdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Təbrizdən gəlmiş qonaq, “Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Yusif Nəğməkar, Zaməddin Ziyadoğlu və başqaları Zəlimxan Yaqubun poetik təfəkküründə milli mənəvi dəyərlərin geniş yer tutduğunu bildiriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here