Bu il Azərbaycandan 343 milyon dəyərində meyvə-tərəvəz ixrac edilib

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 342 milyon 521 min ABŞ dolları dəyərində 366 min 978 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məhsulların ümumi ixracdakı payı 2,40 faiz olub. Eyni dövrdə ölkəyə 111,5 milyon ABŞ dolları dəyərində 199 min 187 ton meyvə-tərəvəz idxal olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here