Bu il BANM-a qəbul olunan tələbələrin 10-u orta məktəbi qızıl medalla bitirib

Bu il I qrupun dörd ixtisası üzrə 179 nəfər Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olaraq “BANM-ın tələbəsi” adını qazanmağa müvəffəq olub.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ali Məktəbə qəbul olan tələbələr arasında 10 nəfər orta məktəbi qızıl medalla bitirib.

Bildirilib ki, 121 nəfər isə öz orta məktəbindən fərqlənmə ilə məzun olub. Bu, ötən illə müqayisədə 5 dəfə, Ali Məktəbə ilk qəbul ili ilə müqayisədə isə 20 dəfə çoxdur:

“Bu statistika BANM-a daxil olan tələbələrin bilik göstəricilərinin ilbəil artımından xəbər verir. Ali Məktəbi intellektual səviyyəsi yüksək olan abituritentlərin seçməsi, çox güman ki, BANM-a qəbul üçün keçid ballarının yüksək olmasına birbaşa təsir etmiş olur”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə orta bal 695 (ödənişli – 664), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə orta bal 691 (ödənişli – 664), “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 677 (ödənişli – 654), “Kimya mühəndisliyi” ixtisası üzrə orta bal isə 673 (ödənişli – 659) olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here