RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.19 02:59

Bu il “İ2B – İdeyadan Biznesə” layihəsinə 2 mindən çox startapçı qoşulub

107

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin iqtisadi siyasətində prioritetlərdəndir”.

Bunu “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, bu il 2 mindən çox startapçı layihəyə qoşulub.

“Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “İ2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı