Bu il ilk Günəş tutulması nə vaxt baş verəcək?

Bu ilin ilk Günəş tutulması fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
Qeyd edək ki, bu il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək. Avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here