Bu Kitabları Tanıyırsınızmı?

Bu Kitabları Tanıyırsınızmı?

Dantenin “İlahi komediyası” dünyanın ən maraqlı kitablarındandır. Bu kitabı Benedikt rahibi Qabriel Çelani 80×60 sm ölçülü kağız vərəqlərdə yazıb hazırlayıb. 14.000 misranın hamısı adi gözlə (optik cihazların köməyi olmadan) oxunur, lakin möcüzə hələ bununla tamamlanmır. Əgər bu vərəqə bir qədər kənardan baxılsa, İtaliyanın gözəl xəritəsini açıq-aydın görmək olar. Çelani ağır zəhmət tələb edən bu qeyri-adi işə ömrünün dörd ilini sərf edib.

“Tibb sənətinin yeganə və dərin sirləri” – bu, 100 səhifəlik qalın kitabın adıdır. Bu kitabı 1738-ci ldə vəfat etmiş məşhur holland həkimi German Burxavın əşyaları arasında möhürlənmiş (bağlanmış) şəkildə tapıblar. Kitabı auksionda 10 min dollar qızıl pula satıblar. Möhür qırıldıqdan sonra məlum olub ki, kitabın titul səhifəsindən başqa bütün səhifələri tər-təmizdir. Həmin səhifədə isə bir qeyd var idi:  “Başını soyuq, ayaqlarını isə isti saxla və sən yoxsul kəndlini ən yaxşı həkimə çevirəcəksən”.

Dünyanın 12 ən kiçik kitabı bir xörək qaşığına yerləşir. Onların arasında Quran, 12 min sözdən ibarət ingilis dili lüğəti, eləcə də Fransa Konstitusiyası var.

Bakı Miniatür kitab muzeyi — 2002-ci il aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk özəl miniatür kitab muzeyidir.

Ən qalın və böyük kitab isə İnternetin kitabıdır – Vikipediya (Wikipedia). Məzmunca internet şəbəkəsində olan bütün məlumatların toplusu olan bu kitabı kitabsevər Rob Metyus bir cild şəklində nəşr etdirmək qərarına gəlib. Bu kitabın son variantı 5000 səhifədən ibarət olub.

Ən böyük kitab 17-ci əsrdə nəşr olunmuş və Berlin Dövlət Kitabxanasında saxlanılan coğrafiya atlası sayılır. Bu cildin hündürlüyü 2m, eni 1 m-dir.

Dünya üzrə ən çox satılan kitablar:

Kitab Müəllif Dil Təxmini satış
İki şəhərin hekayəsi Çarlz Dikkens İngilis 200 milyon
Kiçik Şahzadə Antuan de Sent-Ekzüperi Fransız 200 milyon
Üzüklərin hökmdarı Con Tolkin İngilis 150 milyon
Hobbit                                     Con Tolkin İngilis 100 milyon
Qırmızı otaqda yuxu Tsao Syuetsin Çin 100 milyon
On zənci balası Aqata Kristi İngilis 100 milyon

 

Ətayə Qocalı