“Bu komsomolçu bəy deyir ki…” – Politoloq

“Öz dövlətinin maraqlarını satan “diplomat”dan bundan başqa heç nə gözləmək olmaz. Söhbət keçmiş səfir Arif Məmmədovdan gedir. Bu zat yalançı şaiyələr buraxır ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən Tərfdaşlıq Sazişində guya Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Arzuman Abdulkərimov deyib.

Onun sözlərinə görə, keçmiş səfir Arif Məmmədovun Azərbaycandakı analoqu AXCP sədri Əli Kərimli isə faylları tamamilə qarışdırıb:

“Özünü Azərbaycan demokratiyasının monopolisti kimi təqdim edən bu komsomolçu bəy, öncə deyir ki, bu sazişin imzalanacağına inanmır.
Sonra deyir, biz şübhəkənirik ki, bu saziş imzalanarsa, orada Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınacaq. Digər yerdə isə deyir ki, ümumiyyətlə, bu sazişin imzalanmasının əleyhinədir. Lap sonda isə deyir: bu sənədlər dövlətlərarası müqavilə olduğu üçün gizli saxlanılır.
İndi isə mənim “bəyə” iki sualım var.

Əgər bu sənəd qapalı müzakirə olunursa, səndə bu informasiya hardandır ki, orada ərazi bütövlüyümüzə şübhə ilə yanaşılır? Bəs nə oldu? Özünüzü öldürürdünüz ki, hakimiyyət Avropa İttifaqı ilə saziş bağlamır, indi niyə əleyhinə çıxırsınız?”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here