Bu yayılmış dərman kişilərdə sonsuzluğa səbəb olur

Kopenhagen Universiteti  (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.

Araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər.

Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo qəbul edirdi.

2 həftədən sonra ibuprofen qəbul edən kişilərdə əsas kişi hormonu olan testosteronun sintezində azalma müşahidə olunub ki, bu da gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər.

Bu səbəbdən alimlər ibuprofeni tez-tez və böyük dozalarda qəbul etməyi tövsiyə etmirlər.

saglamolun.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here