“Buta Sığorta” şirkəti maliyyə direktoru vəzifəsinə işə qəbul elan edib

“Buta Sığorta” şirkəti maliyyə direktoru vəzifəsinə işə qəbul elan edib

“Buta Sığorta” şirkəti maliyyə direktoru vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-un “Buta Sığorta”ya istinadən məlumatına görə, namizəd analitik düşünmə və öyrənmə qabiliyyətli olmalı, həmçinin ali iqtisad təhsilli olmalı və müvafiq sahə üzrə minimum 5 illik, rəhbərlik üzrə isə minimum 1 illik təcrübəyə malik olmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi bilməli (Vergi Məcəlləsi və s.), İFRS standartları ilə tanış olanlara üstünlük veriləcək. Azərbaycan və rus dillərini mükəmməl bilməlidir. İngilis dilini bilənlər arzu olunandır. Namizəd həmçinin Excel-də işləməyi bacarmalıdır.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Maliyyə sahəsi üzrə siyasətlərinin hazırlanması (mühasibat, investisiya və s.);
• Maliyyə təhlillərinin aparılması (xərc, maya dəyəri, dövriyyə və s. üzrə);
• Büdcə planlaşdırılmasını aparmaq və icrasına nəzarət, pul vəsaitlərinin hərərkətinin proqnozunu hazırlamaq;
• MİS sisteminin qurulmasını təmin etmək;
• Həvalə edilmiş maliyyə nəzarəti funksiyalarını həyata keçirmək;
• ERP maliyyə blokunun hazırlanmasında iştirak etmək;

İş qrafiki: 6 günlük (6-cı gün yarım gün)
Əmək haqqı: 1500-2000 AZN
Maraqlanan şəxslərdən “CV”-lərini “Subject” başlığına “ Maliyyə direktoru” yazaraq 12/11/2014 il tarixinədək “hr@butasigorta.az” ünvanına göndərmələri xahiş olunur.