“Cənnət Avropa”nın təzadları: Mühacir alimlərə küçə süpürtdürürlər

“Cənnət Avropa”nın təzadları: Mühacir alimlərə küçə süpürtdürürlər

Mühacir üçün ən dəbdə olan iş süpürgəçilikdir. Mərkəzi statistika bürosunun yeni məlumatlarına görə, aşağı vəzifəli iş axtaran əcnəbi işçilər arasında ali təhsilli xeyli adam, hətta alimlər də var.

Mərkəzi statistika bürosunun son məlumatları deyir ki, İsveçdə 35 min mühacir süprgəçi işləyir. Mənşəcə əcnəbi qadınlar tez-tez xəstə baxıcısı, kişilər isə yükçü və terminal işçisi olurlar.

Mühacirlərin əksəriyyəti işi üçün lazım olandan daha yüksək ixtisas sahibidir. Yerlərdə qısamüddətli təlim və yaxud iş tələb edən işçilərin 11%-i orta məktəbdəkindən xeyli yüksək təhsilə malikdir. Oxşar durum isveçlilər arasında cəmi 3% təşkil edir.

Mühacir tədqiqatçısı və əmək bazarı və təhslilin dəyərləndirilməsi İnstitutunun baş direktoru Ulof Oslund deyir ki, bu, yeni hadisə deyil. O, izah edir: “İstənilən başqa ölkəyə baxarkən İsveçdə yerli işçilərlə mühacirlər arasındakı uçurum daha böyükdür. Bu, bir sıra amillərlə, məsələn, İsveç əmək bazarına düşmək üçün tələb edilən xeyli vaxtla bağlıdır. Təhsildən isə uzun müddət istifadə edilməsə, iş üçün daha yararsız olur. Bu qayda hamıya şamil edilir, lakin başqa cəmiyyətdə uğura nail olanlar üçün risk güclüdür”.

İsveç ali məktəb məzunlarının mərkəzi həmkarlar Təşkilatı Saco bundan narahatdır ki, İsveçə gələn ali təhsilli adamlar ixtisas üzrə işləmirlər. Sako sədri Yoran Arrius deyir: “Bu, bütün mənalarda axmaqlıqdır. Həm insanın özü üçün, həm də əlinə havayı düşmüş mütəxəssislərdən istifadə etməyən cəmiyyət üçün. Axı bununla xeyli pula qənaət etmək olar”.

Sakonun məlumatına görə, İsveçdə ali məktəb məzununa xərclənən pul, təqribən, 2,5 milyon kron təşkil edir. Mütəxəssis mühacirin təhslinin təsdiqi cəmi 310 min kron dəyərindədir. İsveç ali mıəktəbində əlavə təhsil və isveç dili kursları da bura daxildir.

Yoran Arrius izah edir: “İnsan öz təhslinə uyğun layiqli iş əldə edirsə, məsələn, hüquqşünas süpürgəçilik əvəzinə hüquqşünaslıq mühitinə düşürsə, vergilər sayəsində dövlətin gəlirləri artır və təhsilə qoyulmuş pullar bir neçə il ərzində özünü doğruldur”.

Saco-nun fikrincə, lakin təkcə xarici ixtisaslaşmanı tamamlamaq və təsdiq etmək yetərli deyil.

Yoran Arrius qeyd edir: “Bax, bunun üzərində düşünmək lazım gəlir: işverən bir neçə iddiaçının içindən işin öhdəsindən daha yaxşı gələni deyil, tez-tez onun özünə oxşayanı seçir”.

Tərcümə Strateq.az-ındır